Qaydanın məqsədləri üçün əsas anlayışlar müəyyən olunub.

Heftelik.az-ın məlumatına görə, bu, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”nda əksini tapıb.

DPİ praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin elmi və tədris tədbirlərində iştirakıdır. Bu fəaliyyət Nazirlik tərəfindən akkreditasiya olunmuş tədbirlər vasitəsilə həyata keçirilir. DPİ krediti fəaliyyət növünə uyğun ölçü vahididir. DPİ təminatçısı akkreditasiya olunmuş tədbirləri həyata keçirən hüquqi şəxslərdir. Peşəkar inkişafın hesabatı VSİS-də elektron sənəd kimi saxlanılır. Şəxsi kabinet vasitəsilə tibb mütəxəssisi hesabatına baxa bilir.