Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçmiş rəhbəri Qriqol Liluaşvili həbs olunub.
Heftelik.az xəbər verir ki, bu barədə Gürcüstanın baş prokuroru Giorgi Qvarakidze brifinqdə bildirib.
Onun sözlərinə görə, Liluaşvili külli miqdarda rüşvət almaqda, “çağrı mərkəzləri”nə himayədarlıqdan əldə olunan vəsaitlərin müxalifətin maliyyələşdirilməsi üçün sərf olunmasında ittiham edilir.
Törədilmiş cinayət əməllərinə görə 11 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur.
Qeyd edək ki, Liluaşvili DTX rəisi vəzifəsini 2019-cu ilin oktyabrından bu ilin aprelinədək tutub.
