İmtahan suallarının klinik tapşırıq hissəsi tibb mütəxəssisinin ixtisasına uyğun 5 klinik tapşırıqdan ibarətdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”nda əksini tapıb.
Suallar imtahan günü 3 saat əvvəl təsadüfi seçmə üsulu ilə müəyyən edilir. Hər ixtisas üçün 2 variantda 60 test və 5 klinik tapşırıq hazırlanır. Sual kitabçası mətbəə üsulu ilə imtahanda iştirak edənlərin sayına uyğun çoxaldılır. Hər mütəxəssis üçün fərdi cavab kartı çap edilir. Cavab kartları xüsusi qutularda saxlanılır. İmtahan zalında qutular imtahan nəzarətçiləri tərəfindən açılır və cavab kartları paylanır.
