İkili təyinatlı MALLAR

23 Dekabr 2025, 01:03

İkili təyinatlı mallar həm mülki, həm də hərbi məqsədlərlə istifadə oluna bilən məhsul, iş və xidmətlərdir.

Heftelik.az-ın məlumatına görə, bu, “İxrac nəzarəti haqqında” qanunda əksini tapıb.

Belə mallar kütləvi qırğın silahlarının və onların daşınma vasitələrinin hazırlanmasında istifadə oluna bilər. Buna görə də onların ixracı və idxalı xüsusi nəzarətə tabedir.