Komissiyanın xüsusi icra məmuru vəzifəsi üçün müsabiqəni elan etmək, müraciətləri qəbul etmək və baxmaq səlahiyyətləri vardır.
Heftelik.az-ın məlumatına görə, bu, “Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının Əsasnaməsi”ndə əksini tapıb.
Komissiya test imtahanları təşkil edir və suallar toplusunu tərtib edir. Namizədlərin müsahibə mərhələsini keçirir və nəticələrinə dair qərar qəbul edir. Eyni zamanda test imtahanında qaydaları pozan namizədlərin nəticələrini ləğv etmək səlahiyyətinə malikdir.
