Komissiyanın iclası onun azı 6 üzvü iştirak etdikdə səlahiyyətlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının Əsasnaməsi”ndə əksini tapıb.

Üzvlər iclasa iştirak edə bilmədikdə əsaslandırılmış rəylərini və iştirak edə bilməmələrinin səbəbini təqdim etməlidirlər. İclaslara müstəqil ekspertlər, mütəxəssislər və qeyri-hökumət təşkilatlarının nümayəndələri də dəvət oluna bilər. İclaslar protokollaşdırılır və protokol sədri və katib tərəfindən imzalanır.