Pezeşkianın qızı Bakıdadır

23 Dekabr 2025, 11:06

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian Bakıdadır.

Heftelik.az xəbər verir ki, prezidentin qızı “Rəqəmsal Mühitdə Uşaqların Müdafiəsi: Müasir Alətlər və Beynəlxalq Əməkdaşlıq” adlı konfransda iştirak edir.

Qeyd edək ki,Zəhra Pezeşkian İran Prezidenti Məsud Pezeşkianı bu ilin aprelində Bakı səfərində müşayiət edən nümayəndə heyətində də olub.