Stajın hesablanması belə olur

23 Dekabr 2025, 01:15

2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə staj dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsaslanır.

Heftelik.az-ın məlumatına görə, bu, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda əksini tapıb.

İşçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına görə ödənilən məcburi sosial sığorta haqları da staja daxil edilir.

Yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin stajı müvafiq sənədlərlə təsdiqlənir.

Müddətli həqiqi hərbi xidmət dövrü və dövlət orqanlarında xidmət müddəti də nəzərə alınır.

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluq müddəti staja əlavə edilir.

Əlilliyi olan uşaqlara qulluq və ahıllara qulluq müddətləri xüsusi sənədlərlə təsdiqlənir.

İşsizlikdən sığorta ödənişi alındığı müddət staj hesabına daxildir.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri səbəbindən işləməyənlər də nəzərə alınır.