Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün rüsum 30 manatdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanunda əksini tapıb.

Daşınmaz əmlaka dair texniki sənədlərin verilməsi üçün 50 manat ödənilir. Bu rüsumlar daşınmaz əmlakın qeydiyyatını rəsmiləşdirmək üçün tələb olunur. Dövlət qeydiyyatı hüquqi mülkiyyətin qorunmasını təmin edir.