İstanbul Baş Prokurorluğunda  narkotik maddələrlə bağlı aparılan istintaq çərçivəsində “Fənərbaxça” klubunun prezidenti Sadettin Sarandan götürülən saç nümunəsində kokain testi müsbət çıxıb.

Heftelik.az “Hurriyet”-ə istinadən xəbər verir ki, məhkəmə-tibbi ekspertiza qurumu testin nəticəsini İstanbul Baş Prokurorluğuna göndərib,

Qeyd edək ki, dekabrın 20-də “Narkotik” istintaqı çərçivəsində “şübhəli” statusu ilə İstanbul Baş Prokurorluğu tərəfindən ifadəyə çağırılan “Fənərbaxça” klubunun prezidenti Sadettin Saran məhkəmədə ifadə verib. Klub prezidenti, prokurorluqdakı sorğusunun tamamlanmasından sonra saç və qan nümunələrinin götürülməsi üçün məhkəmə-tibbi ekspertiza qurumuna göndərilib. Prosedurlar tamamlandıqdan sonra o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

“Fənərbaxça” prezidenti sərbəst buraxıldı