Birbaşa iştirakçı AZIPS-ə sorğu (camt.060/SOOR) göndərməklə gözləmə rejimində olan kredit köçürmələri və hesabın vəziyyəti haqqında məlumat ala bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidməti təchizatçıları arasında hesablaşmaların həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Təfərrüatlı məlumat almaq üçün camt.060/DOOR sorğusu göndərilir. Sorğular düzgün doldurulmadıqda AZIPS birbaşa iştirakçıya bildiriş (camt.029) göndərir. Əməliyyat gününün sonunda hesabdan çıxarış (camt.053) təqdim olunur. Bu proses məlumatların şəffaf və dəqiq aparılmasını təmin edir.
