Qanuna əsasən, ixrac nəzarətinə düşən malların və texnologiyaların siyahısı – nomenklaturası formalaşdırılır.

Heftelik.az-ın məlumatına görə, bu, “İxrac nəzarəti haqqında” qanunda əksini tapıb.

Siyahıya kütləvi qırğın silahları, ikili təyinatlı mallar, xammal, materiallar və elmi-texniki məlumatlar daxildir. Həmçinin terrorçuluğa qarşı istifadə olunan vasitələr də bu siyahıya daxil edilə bilər.