Komissiya üzvləri namizədlə şəxsi maraqlar toqquşduqda özü-özünə etiraz etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının Əsasnaməsi”ndə əksini tapıb.

Üzvlər obyektiv və ədalətli mövqe nümayiş etdirməli, müsahibə suallarını ballara uyğun qiymətləndirməlidirlər. Onlar iclaslarda səsvermədə iştirak edir və qərarları imzalayırlar. Komissiyanın fəaliyyəti ilə bağlı konfidensiallığı qorumaq da üzvlərin vəzifələrindəndir.