Uyğunluq qiymətləndirilməsi zamanı mal nümunələrinin götürülməsi zəruri mərhələlərdən biridir.

Heftelik.az-ın məlumatına görə, bu, “Uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modullarının) ümumi siyahısı və həmin sxemlərin (modulların) ətraflı müddəalarını ehtiva edən uyğunluğun qiymətləndirilməsi prosedurları”nda əksini tapıb.

Nümunələrin götürülməsi xüsusi texniki tələblərə əsaslanır.

Seçilmiş nümunələr satış üçün nəzərdə tutulan mallarla tam eyni xüsusiyyətlərə malik olmalıdır.

Nümunələr götürüldüyü yerdə möhürlənərək mühafizə olunur.

İdxal olunan malların araşdırılması gömrük qaydalarına uyğun şəkildə həyata keçirilir.

Nümunələr təcrid olunmuş şəkildə saxlanılır.

Uyğunluğun qiymətləndirilməsi üçün zəruri olduğu qədər nümunə götürülməsi kifayət sayılır.

Bu proses istehsalçı və qiymətləndirici orqanlar arasında razılaşma əsasında aparılır.