Moskvanın Yeletskaya küçəsində  yol polisinə məxsus xidməti avtomobilin yaxınlığında partlayış baş verib.

Heftelik.az xəbər verir ki,  xidməti avtomobilin yanında əl istehsalı partlayıcı qurğu işə düşüb.

Təxminən saat 01:30-da iki DYP əməkdaşı xidməti avtomobilin yanında şübhəli bir kişini görüblər. Yoxlama aparmaq üçün ona yaxınlaşdıqları anda partlayıcı qurğu işə düşüb. Hər iki müfəttiş və cinayəti törədən şəxs hadisə yerində həyatını itirib.

Partlayışdan sonra avtomobilin üzərində və asfalt örtüyündə çoxsaylı qəlpə izləri aşkarlanıb.