XÖHKS-də ödəniş əməliyyatları klirinq sessiyaları əsasında aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidməti təchizatçıları arasında hesablaşmaların həyata keçirilməsi Qaydası”nda əksini tapıb.

Sessiyalar sənədlərlə mübadilə, klirinqqabağı, klirinq, klirinq nəticələrinin təsdiqi, klirinqin nəticələri və hesabat dövrlərinə bölünür. Klirinq sessiyası dövründə birbaşa iştirakçı ödəniş fayllarını göndərə bilər. Hər bir ödəniş paketinin ilkin emal nəticəsi bildirilir. Klirinqqabağı dövrdə xalis mövqe hesablanır. Debet limitinin artırılması imkanı da bu dövrdə verilir. Gözləmədə olan paketlərin cari icrası barədə bildiriş göndərilir. Klirinq dövründə xalis mövqelər müəyyən edilir.