Sənəddə sertifikatlaşdırılmış idarəetmə sistemi və mal kateqoriyaları izah olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modullarının) ümumi siyahısı və həmin sxemlərin (modulların) ətraflı müddəalarını ehtiva edən uyğunluğun qiymətləndirilməsi prosedurları”nda əksini tapıb.

Sertifikatlaşdırılmış idarəetmə sistemi yazılı və elektron formada təsdiqlənə bilər.

Mal vahidi məhsulun vahid nümunəsi hesab olunur.

Mal partiyası eynixassəli məhsulların məcmusu kimi müəyyən edilir.

Seriyalı istehsal olunan mallar ardıcıl texnoloji proses əsasında hazırlanır.

Malları müşayiət edən sənədlər onların nomenklaturasını göstərir.

Malın tipi eynicinsli məhsulların cəmini ifadə edir.

Digər anlayışlar isə qanunvericilikdəki mənaları ilə tətbiq edilir.