Sistemlərdə birbaşa iştirakçılar arasında hesablaşmalar Mərkəzi Bank hesabları vasitəsilə həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidməti təchizatçıları arasında hesablaşmaların həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Ödəniş sərəncamları müəyyən şərtlər ödəndikdə qəbul olunur. Sərəncamlar gerigötürülməzdir və şərtsiz tapşırıq kimi qəbul edilir. İştirakçılar hesab çıxarışlarını elektron və ya kağız daşıyıcıda ala bilər. Sistemlərin texniki reqlamenti Mərkəzi Bank tərəfindən təsdiq edilir.
