Tibb mütəxəssisinin çalışdığı müəssisənin rəhbəri istənilən zaman onun peşəkar inkişafının hesabatı ilə elektron qaydada tanış olmaq hüququna malikdir.

Heftelik.az-ın məlumatına görə, bu, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”nda əksini tapıb.

Mərkəz isə peşəkar inkişafın hesabatının tamlığını və düzgünlüyünü yoxlamaq səlahiyyətinə sahibdir. 5 ilin sonunda kreditlər VSİS-in müvafiq altsistemi vasitəsilə avtomatik hesablanır və Mərkəz tərəfindən təsdiqlənir. Şəhadətnamə Mərkəz tərəfindən verilir və gücləndirilmiş elektron imza ilə təsdiq olunur. Şəhadətnamə 5 il müddətində etibarlıdır və tibb mütəxəssisləri onu şəxsi kabinetləri vasitəsilə əldə edirlər. Şəhadətnamədə məlumatların səhv olduğu müəyyənləşdikdə, tibb mütəxəssisi 1 ay müddətində elektron qaydada Mərkəzə müraciət etməlidir.