Zabit heyəti, gizir, miçman və hərbi qulluqçuların arvadlarının iş imkanları olmadığı dövrlər staj hesablanır.
Heftelik.az-ın məlumatına görə, bu, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda əksini tapıb.
Şəxsin qanunsuz tutulma, həbs və ya işdən kənar qalması da staj dövrünə daxil edilir.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində alınan müavinətlər staj hesabına əlavə olunur.
Kənd təsərrüfatına yararlı torpaq sahəsi üzrə sosial sığorta haqları ödənildiyi müddət staja daxil edilir.
Hərbi xidmət dövrü və mülki aviasiya uçuş heyətində işlədiyi müddət staj hesablanır.
Hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə xidmət müddəti nəzərə alınır.
Döyüş əməliyyatları dövründə xidmət müddəti staja əlavə edilir.
Əməliyyat-axtarış fəaliyyəti və yeraltı işlər, incəsənət sahələrində xüsusi zərərli işlər də staj hesabına daxil edilir.
