Məhsulların saxlanması və daşınmasında insan sağlamlığı üçün təhlükə yaratmayan, müvafiq icazə verilmiş materiallardan hazırlanmış qablar istifadə edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Arıçılıq haqqında” qanunda əksini tapıb.

Etiketdə göstərilən məlumatlarla müşayiətedici sənədlər arasındakı uyğunluq təmin olunmalıdır. Lazımi hallarda “müalicəvi” və “pəhriz” kimi ifadələr yalnız normativ sənədlərə uyğun olduqda yerləşdirilə bilər.