AZIPS-də informasiya mübadiləsi SWIFT və QTŞ vasitəsilə həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidməti təchizatçıları arasında hesablaşmaların həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
SWIFT-dən istifadə zamanı telekommunikasiya şəbəkəsinin qəbul edilmiş qaydaları tətbiq olunur. QTŞ-də isə BSXM-in elektron sertifikatlarından istifadə olunur və məlumat ötürülmə kanalları şifrələnir. Birbaşa iştirakçı məlumatların tamlığını BSXM-in açıq açar infrastrukturundan istifadə etməklə yoxlayır. Hər hansı çatışmazlıq dərhal Mərkəzi Banka bildirilir.
