İkili təyinatlı malların yalnız sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarət ediləcək.

Heftelik.az-ın məlumatına görə, bu, “İxrac nəzarəti haqqında” qanunda əksini tapıb.

Bu nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək. Məqsəd, bu malların hərbi və təhlükəli sahələrdə icazəsiz istifadəsinin qarşısını almaqdır.