Klirinq NƏTİCƏLƏRİ

25 Dekabr 2025, 01:12

Klirinq nəticələrinin təsdiqi dövründə xalis mövqelər paketi AZIPS-ə göndərilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidməti təchizatçıları arasında hesablaşmaların həyata keçirilməsi Qaydası”nda əksini tapıb.

Yekun hesablaşma başa çatdıqdan sonra birbaşa iştirakçılara hesabatlar göndərilir. Hesabatlar klirinq hesabı üzrə xalis mövqe, debet və kredit əməliyyatları və ödəniş paketlərinin icra vəziyyətini əhatə edir. Klirinq sessiyası üzrə ödəniş faylları birbaşa iştirakçılara göndərilir. Sessiya üzrə yekun statistik hesabat da təqdim olunur. İcra olunmayan ödəniş paketləri növbəti sessiyaya keçirilir. Növbəti sessiya nəzərdə tutulmadıqda paketlər ləğv edilir. Bildirişlər hər bir paket üçün pacs.002 ilə göndərilir.