Komissiya üzvlərinin HÜQUQLARI

25 Dekabr 2025, 01:24

Komissiya üzvləri səlahiyyətlərinə aid məsələlərdə iştirak edib təkliflər verə bilərlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının Əsasnaməsi”ndə əksini tapıb.

Üzvlər iclasların gündəliyi və baxılacaq materiallarla əvvəlcədən tanış olur. İclaslarda iştirak edir, qərarlara dair fikir bildirir və suallar verir. Həmçinin, qərarla razı olmadıqda yazılı rəy bildirə bilərlər.