Mərkəz tərəfindən Şəhadətnamənin ləğv edilməsi qərarı müəyyən hallarda qəbul edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”nda əksini tapıb.
Məsələn, tibb mütəxəssisinin cinayət törətməsi və ya saxta sənəd təqdim etməsi kimi. Həmçinin, fəaliyyət qabiliyyətini itirən və ya vəfat edən şəxslərin Şəhadətnaməsi ləğv edilir. Nazirlik müvafiq məlumatları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə dövlət qurumlarından əldə edir. Ləğv qərarı qəbul edildikdə, tibb mütəxəssisinə 3 iş günü ərzində şəxsi kabinet vasitəsilə məlumat təqdim olunur. Tibb mütəxəssisi eyni zamanda iki fərqli ixtisas üzrə sertifikasiya şəhadətnaməsi əldə edə bilər. Bu şəhadətnamələrə əsasən, həmin ixtisaslar üzrə praktik fəaliyyət göstərmək mümkündür. Bu qaydalar tibb və əczaçılıq sahəsində peşəkar fəaliyyətin şəffaf və nəzarətli olmasını təmin edir.
