Mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən şəxslərin sığorta stajı xüsusi hesablanır.

Heftelik.az-ın məlumatına görə, bu, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda əksini tapıb.

Sıravi heyət üzvləri üçün staj uçuş saatlarına əsasən müəyyən edilir.

Qəza-xilasetmə bölmələri üzrə staj işlədiyi hər ilə görə il yarım hesablanır.

İdman aviasiya təşkilatlarında uçuş heyəti üçün bir il işə görə il yarım sığorta stajı nəzərdə tutulur.

Paraşütçü və xilasedici heyət üçün illik tullanma norması yerinə yetirildikdə iki il sığorta stajı hesablanır.

İmtiyazlı sığorta stajının hesablanması şərtləri yerinə yetirilmədikdə bir il işə bir il staj verilir.

Silahlı qüvvələr və uçuş-sınaq heyətində xidmət müddəti staja əlavə olunur.

Xarici mülki aviasiyada iş müddəti də sosial sığorta stajına daxildir.