
Xəbər verdiyimiz kimi, Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı vəfat edib.
Heftelik.az Unikal-a istinadən xəbər verir ki, dünyasını dəyişən Nərminə Əsədovadır. O, 40 yaşında xərçəng xəstəliyi səbəbindən vəfat edib.
Mərhumun üç övladı var.
***
saat 14.28
Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı vəfat edib.
Heftelik.az xəbər verib ki, bu barədə Modern.az-a sabiq spikerə yaxın şəxslər bildiriblər.
Məlumata görə, mərhum uzun müddət xəstə olub və Türkiyədə aldığı müalicədən sonra dünyasını dəyişib.
Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb. O, iki övlad atasıdır.
Allah rəhmət eləsin.
