Erməni kilsəsini ödənişsiz torpaq almaq hüququndan məhrum edilib, telekanalı bağlanıb.
Heftelik.az xəbər verir ki, Ermənistan hökuməti bu barədə qərar qəbul edib.
Erməni Kilsəsi dövlət və bələdiyyə mülkiyyətində olan, mülkiyyət hüququ əsasında istifadə etdiyi torpaq sahələrindən ödənişsiz istifadə hüququndan məhrum edilib.
Ermənistan hökuməti kilsənin təsis etdiyi “Şoqakat” telekanalının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.
Kilsənin “Şoqakat” telekanalı isə hökumət tərəfindən 2011-ci ilin fevral ayında yaradılıb, səhmlərin idarə edilməsi İctimai Televiziya Şurasına verilib. Teleşirkətin əsas vəzifəsi mənəvi və mədəni proqramlar göstərmək olub.
“Şoqakat” telekanalı yanvarın 1-dən ləğv ediləcək.
