Sabirabadda kombayn kanala aşıb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Sarxanbəyli kəndində qeydə alınıb.

Kənd sakini 1988-ci il təvəllüdlü (37yaş) Kərimov Nurlan Zəbulla oğlu idarə etdiyi pambıqyığan kombaynla kəndin ərazisindəki “Mil-Muğan” dren-kollektorun üzərindəki körpüdən keçərkən körpünün uçması nəticəsində kombayn kanala aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.