Sertifikasiya Nazirliyin Elmi-Tibbi Şurası və Mərkəz tərəfindən həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”nda əksini tapıb.

Mərkəz DPİ kreditlərinin yekun hesablanmasını təmin edir. Şəhadətnamə müddəti bitmədən 6 ay əvvəl xəbərdarlıq göndərilir. Etibarlılıq müddəti bitmiş mütəxəssislər barədə məlumat verilir. İmtahan və sınaq imtahanları təşkil olunur. Sertifikasiyaya dair ərizə və şikayətlər Mərkəz tərəfindən baxılır. Prosesin təşkili şəffaf və sistemli aparılır.