Test sualları üzrə cavab kartında düzgün cavab diyircəkli qələmlə qeyd olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”nda əksini tapıb.

Korlanmış cavab kartı dəyişdirilmir. Klinik tapşırıqlar ardıcıl olaraq doldurulmalıdır. Cavab kartı imzalana bilər. Sertifikasiya imtahanının başa çatması barədə protokol tərtib olunur. Protokol nəzarətçilər və iştirakçılar tərəfindən imzalanır. Cavab kartları qutuya qoyularaq imtahan rəhbərinə təqdim edilir.