Uyğunluğun qiymətləndirilməsi sxemlər və prosedurlar əsasında həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modullarının) ümumi siyahısı və həmin sxemlərin (modulların) ətraflı müddəalarını ehtiva edən uyğunluğun qiymətləndirilməsi prosedurları”nda əksini tapıb.
Sxemlər Azərbaycanda istehsal olunan və idxal edilən mallara tətbiq edilir.
Proseslərə və istehsal metodlarına da həmin tələblər şamil olunur.
Texniki reqlamentlərdə təsərrüfat subyektləri üçün bir neçə sxem göstərilir.
Bu sxemlər seçim imkanı yaradır.
Malların xüsusiyyətləri nəzərə alınmaqla fərqli sxemlər müəyyən edilə bilər.
Sxemlər istehsal mərhələsində tətbiq oluna bilər.
Seriyalı istehsal, mal partiyası və mal vahidi üzrə sxemlər fərqli subyektlərə şamil olunur.
