İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma Qaydası təsdiqlənib, “Təhdidlər və həllər” kataloqu yaradılacaq.
Heftelik.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4060 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.1.1.1-ci yarımbəndinə əsasən hazırlanmış “İnformasiya məkanında informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyə təhdidlərin kateqoriyalar üzrə təsnifatlaşdırılmış toplusu”nun daxil edilməsi və daim yenilənməsi məqsədilə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin internet informasiya ehtiyatında “Təhdidlər və həllər” kataloqu yaradılmalıdır.
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Təhdidlər və həllər” kataloqunun mütəmadi yenilənməsini təmin etm’li? dövlət qurumlarında risklər reyestri formalaşdırıldıqdan sonra onların Qaydanın tələblərinə uyğunluğunun qiymətləndirilməsini aparmalıdır.
