AZIPS birbaşa iştirakçılar arasında hesablaşmaların real vaxt rejimində aparılması üçün istifadə olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidməti təchizatçıları arasında hesablaşmaların həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Hesablaşmalar müxbir və cari hesablar vasitəsilə həyata keçirilir. İnformasiya mübadiləsi QTŞ və SWIFT vasitəsilə aparıla bilər. Birbaşa iştirakçı Mərkəzi Banka məlumat verərək bu şəbəkələrdən istifadə edə bilər. “STP-Adapter” modulu serverdə quraşdırılmalıdır.
