Sazişi olmayan xarici daşıyıcılar üçün yük avtomobilləri 150, sərnişin avtobusları 75 ABŞ dolları ödəyir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanunda əksini tapıb.

Xarici avtomaşınların Azərbaycan ərazisində yüklənməsi üçün icazə 100 ABŞ dollarıdır. Üçüncü ölkəyə və üçüncü ölkədən daşımalar üçün icazə 600 ABŞ dollarıdır. Yüksüz daxil olan xarici yük avtomobilləri üçün rüsum 350, avtobuslar üçün 80 dollar təşkil edir.