Texniki problem yarandıqda birbaşa iştirakçı Mərkəzi Banka məlumat verir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidməti təchizatçıları arasında hesablaşmaların həyata keçirilməsi Qaydası”nda əksini tapıb.

Mərkəzi Bankda ayrılmış xüsusi iş yeri vasitəsilə iştirakçının AZIPS-də fəaliyyəti təmin edilir. Problem aradan qaldırıldıqda sistemdə fəaliyyəti dərhal bərpa olunur. Bu, əməliyyatların fasiləsiz və etibarlı aparılmasını təmin edir. Birbaşa iştirakçı texniki məsələlərdə Mərkəzi Bankla koordinasiyada işləyir.