İmtahan kağız daşıyıcı vasitəsilə keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”nda əksini tapıb.
Sınaq imtahanı istisna olmaqla, imtahan ödənişsizdir. Ödəniş Mərkəzin bank hesabına köçürülməlidir. İmtahan sualları hazırlanır və ekspertizadan keçirilir. Sualların məxfiliyi təmin edilir. Test və klinik tapşırıq hissələrindən ibarətdir. Sualların sayı imtahanda istifadə olunacaqdan 10 dəfə çox olmalıdır.
