Pestisid və aqrokimyəvilərlə emal aparılacaq sahələrin sahibləri arıxana sahiblərini 5 gün əvvəl xəbərdar etməlidirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Arıçılıq haqqında” qanunda əksini tapıb.

Xəbərdarlıqda dərmanlama sahəsinin yeri, metodu və istifadə olunan maddələrin təsir müddəti göstərilməlidir.

Bu tələblər bal arılarının zəhərlənməsinin qarşısını almağa xidmət edir.