Yəqin ki, Ermənistan TRIPP-lə bağlı öhdəliklər götürərkən dəmir yolu məsələsini nəzərə alıb.

Heftelik.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Rusiya Ermənistanın dəmir yolları ilə müqavilə imzalayıb və bu müqavilə 2038-ci ilə qədər qüvvədə olacaq: “Lakin Ermənistanın bizə izah etdiyi mövqe budur ki, dəmir yolunun TRIPP layihəsindən keçən hissəsinin Rusiyaya aidiyyəti yoxdur. Çünki bu müqavilə imzalananda bu dəmir yolu yox idi və olmayan bir şeyi müqaviləyə daxil etmək olmaz”.