Müvafiq icra hakimiyyəti orqanı ixrac nəzarətinə dair məlumatları toplamaq və istifadə etmək hüququna malik olacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “İxrac nəzarəti haqqında” qanunda əksini tapıb.
Hüquqi və fiziki şəxslərdən alınan sənədlər yalnız nəzarət məqsədləri üçün istifadə edilə bilər. Bu məlumatların üçüncü şəxslərə ötürülməsi qadağan edilir.
