AZIPS və XÖHKS-də texniki problem yaranarsa, ödəniş sərəncamları Mərkəzi Banka kağız daşıyıcıda təqdim olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.

Mərkəzi Bank digər iştirakçıları elektron formada məlumatlandırır və əməliyyatları öz adından aparır. İştirakçı və ya vasitəçi sistemlərdə fəaliyyətə başlamazdan əvvəl qoşulma protokolunu imzalayır və Mərkəzi Banka təqdim edir. Sistemdə fəaliyyət müvəqqəti dayandırıldıqda, problem aradan qaldırıldıqdan sonra Mərkəzi Bank fəaliyyəti dərhal bərpa edir. Lisenziya ləğv edilən, müflis elan olunan və ya sistemdən kənarlaşdırılan iştirakçı barədə məlumat digər iştirakçılara və vasitəçilərə dərhal göndərilir.