Komissiya 9 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir.
Heftelik.az-ın məlumatına görə, bu, “Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının Əsasnaməsi”ndə əksini tapıb.
Tərkibə Nazirlik, Palata, Məhkəmə-Hüquq Şurası və Vəkillər Kollegiyasının nümayəndələri daxildir. Hər qurum nümayəndəsini 5 ildən artıq stajlı hüquqşünaslardan və vəkillərdən təyin edir. Ehtiyat üzvlər də həmin qurumlar tərəfindən müəyyən edilir.
