Komissiyanın sədri Komissiyanın birinci iclasında üzvlər arasından sadə səs çoxluğu ilə seçilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının Əsasnaməsi”ndə əksini tapıb.

Sədri Komissiyanın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir. O, iclasların gündəliyini üzvlərlə müəyyənləşdirir. Komissiyanın iclaslarına sədrlik edir və qanunla müəyyən edilmiş qaydada müraciətlərə baxır.