Azadlıqdan məhrumetmə cəzasında olan şəxslərin pensiya təyinatı xüsusi məlumat inteqrasiyası ilə həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda əksini tapıb.

Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq onların məlumatları avtomatik olaraq MEİS-ə ötürülür.

Sisteme daxil edilən məlumatlara cəzanın müddəti və icra tarixi daxildir.

Məhkumun şəxsi hesab nömrəsi də prosesə əlavə olunur.

Bu məlumatlar əsasında pensiya hüququnun olub-olmaması müəyyən edilir.

Elektron mexanizm həm şəffaflığı, həm də operativliyi artırır.

Proses məhkəmə qərarlarının elektronlaşdırılmış bazası ilə uyğunlaşdırılmış şəkildə aparılır.

Müraciətlərin ayrıca təqdim edilməsinə ehtiyac qalmır.