Azərbaycanda üç şəxs müxtəlif müddətlərdə futboldan uzaqlaşdırılıb.
Heftelik.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Region Liqasında iştirak edən “Naxçıvan” klubunun baş məşqçisi İsmayıl Hüseynzadə tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığı üçün onun üç il ərzində futbola aid olan istənilən fəaliyyətdə iştirak etməsinə qadağa qoyulub.
Eyni turnirdəki “Çinar-Zəngilan”ın idman direktoru Anar Dünyamalıyev tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığı üçün onun üç il ərzində futbola aid olan istənilən fəaliyyətdə iştirakı qadağan edilib.
Bundan əlavə, Region Liqasında iştirak edən “Baku TFK”nın icraçı direktoru Rövşən Mustafayev lisenziyaların alınması üçün təqdim olunmuş sənədlərin saxtalaşdırılmasından məlumatlı olduğu üçün onun 1 il 6 ay müddət ərzində futbola aid olan istənilən fəaliyyətə qatılması qadağan olunub.
