Türkiyədə futbolda qanunsuz mərc oyunları istintaqı çərçivəsində daha 29 nəfər barəsində saxlanılma qərarı verilib.

Heftelik.az NTV-yə istinadən xəbər verir ki, saxlanılanlar arasında “Qalatasaray” klubunun prezidentinin keçmiş müavini Erden Timur da var.

Futbolda qanunsuz mərc oyunları istintaqı çərçivəsində 14-ü futbolçu olmaqla 29 şübhəli barədə saxlanma qərarı çıxarılıb, 24-ü artıq saxlanılıb. Saxlanılanlar arasında “Eyüpspor” klubunun prezidentinin mwavini  Fatih Kulaksız, futbol,ular Bahattin Berke Demircan, Doğukan Çınar, Ergün Nazlı, Eyüp Can Temiz, Furkan Demir, Gökhan Payal, Hamit Bayraktar, Hüseyin Aybars Tüfekci, İbrahim Yılmaz, İlke Tankul, İsmail Karakaş, Mert Aktaş, Tufan Kelleci, Türkiyə Futbol Federasiyasının Xarici işlər və milli komandalar üzrə direktoru  Buğra Cem İmamoğulları, Figen Özkaya, Emrah Günaydı, Burak Söyleyen, Ecem Alkaş, Esat Bilayak, Mirza Şerifoğlu, Hakan Çakır, Serhat Ölmez, Umut Esel, Burcu Kurt da var.