Bakıda şagirdin istifadə etdiyi ağardıcı partlayıb və gözü zədələnib.Heftelik.az medicina.az-a istinadən xəbər verir ki, bu barədə oftalmoloq Rəvanə Həsənova bildirib.
Həkim qeyd edib ki, ani bir diqqətsizlik, ani bir səhv gözünüzü itirməyə səbəb ola bilər:
“Əziz valideynlər, uşaqlarınız üçün aldığınız əşyalara və istifadə qaydalarına diqqət edək!”.
Qeyd edək ki, şagird kimyəvi yanıq xəsarəti alıb.
