İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

Məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Saleh Səmədov AR Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

O, həmçinin mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

 

Saleh Səmədov SSRİ bayrağı və “Georgi lenti”nə görə Ağsaqqallar Şurasından çıxarıldı

 

Saleh Səmədov həbs edildi – YENİLƏNİB