Sabuq nazirlər Misir Mərdanov və Əli Abbasov institut direktoru vəzifələrini də itirib.

Heftelik.az xəbər verir ki, Nazirlər Kabinetinin  7 oktyabr 2025-ci il tarixli qərarına əsasən,  Elm və Təhsil Nazirliyinin tabeliyindəki  İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun əsasında Riyaziyyat İnstitutu yaradılıb.

Sabiq təhsil naziri Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun direktoru olub. Birləşmədən sonra yaradılan Riyaziyyat İnstitutunun direktor əvəzi Elxan Səbziyev olub.

Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da vəzifəsini itirib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı əsasında Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyəti optimallaşdırılılması məqsədi ilə bir sıra elmi institutlar birləşdirilərək yeni publik hüquqi şəxslər yaradılıb.

Qərara əsasən, İdarəetmə Sistemləri və Riyaziyyat və Mexanika institutlarının bazasında Riyaziyyat İnstitutu yaradılıb.

Bakues.az Editor.az-a istinadən xəbər verir ki, yeni yaradılan publik hüquqi şəxsə artıq yeni direktor əvəzi təyin edilib. Bu texnika elmləri doktoru əvəzi Elxan Səbziyevdir.

Bu qərarla keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika institutunun direktoru, tez-təz qalmaqallı açıqlamaları ilə medianın gündəminə gələn Misir Mərdanov vəzifəsini itirib.

Onunla yanaşı, keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da vəzifə ilə vidalaşıb.